UEFA Serbiya klubunu cəzalandırıb

UEFA İntizam Komitəsi Serbiyanın "Srvena Zvezda" klubunu cəzalandırıb
###reklam250###

Səbəb Litva "Suduva"sı ilə Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunu zamanı baş verənlər olub. İyulun 24-də Belqradda keçirilmiş görüşdə serbiyalı fanatlar irqçi şüarlar səsləndiriblər.

Avropa futbol qurumu "Srvena Zvezda"nı qarşıdakı 2 ev oyununu azarkeşsiz keçirmə cəzasına və 72 min avro cəriməyə məruz qoyub. Daha əvvəl klub doğma azarkeşlərindən 1 oyunluq məhrum edilmişdi. Lakin qayda pozuntusu təkrarlandığından, belqradlılara cəzası ikiqat artırılıb.

Qeyd edək ki, "Suduva" ilə görüş "Srvena Zvezda"nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. (report.az)

pia.az