Venesueladan gələn qaçqın axınına görə Ekvadorda fövqəladə vəziyyət tətbiq edilib

Ekvador hökuməti Kolumbiyadan keçməklə Ekvador ərazisinə daxil olmağa çalışan venesuelalı qaçqınların axınları ilə əlaqədar ölkədə fövqəladə vəziyyət tətbiq edib
###reklam250###

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, Ekvador Xarici İşlər Nazirliyinin bəyanatında hökumətin ölkənin şimal sərhədində venesuelalı miqrantlara nəzərəti gücləndirmək üçün Karçi, El Oro, Piçinça vilayətlərində fövqəladə hal tətbiq etdiyini bildirib.

Fövqəladə vəziyyət çərçivəsində ölkənin şimalına doğru əlavə həkim, polis və sosial işçilər göndəriləcək. Fövqəladə vəziyyət avqustun sonuna qədər qüvvədə qalacaq.

Qeyd edək ki, Kolumbiyadan keçməklə Ekvadora gələn venesuelalıların sayı bu həftə sutkada orta hesabla 4,2 min insana çatıb. Lakin bu statistikanın əvvəllər necə olduğu və qaçqınların sayının niyə belə artdığına dair məlumat verilmir.

pia.az