Bəşər Əsədin həyat yoldaşı xərçəngə tutuldu

Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəddə bədxassəli süd vəzi xərçəngi aşkarlanıb
###reklam250###

“Qafqazinfo” Habertürk-ə istinadən xəbər verir ki, bu barədə Suriya Prezident Administrasiyasının Tvitterdəki rəsmi hesabında məlumat verilib.

Əsma Əsəd və Bəşər Əsədin xəstəxanada birlikdə çəkilən fotosu paylaşılaraq aşağıdakı qeydlər yazılıb:

“Güc, etimad və inancla... Əsma Əsəd erkən diaqnozu qoyulan bədxassəli süd vəzi xərçəngi səbəbiylə müalicəyə başlayıb. Ona şəfa diləyirik”.

Qeyd edək ki, 2000-ci ildə ailə quran Bəşər və Əsma Əsəd cütlüyünün 3 övladı var.

pia.az