Bitkoin ucuzlaşmaqda davam edir

Dünyada ən populyar kriptovalyuta olan bitkoin ucuzlaşmaqda davam edir
###reklam250###

Bitkoinin qiyməti bu gün 6,5 min dollar həddindən aşağı düşüb.

"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 6,89% azalaraq 6,49 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiyməti də ucuzlaşıb. Belə ki, "Ethereum" 8,59% və ya 371,85 dollaradək, "Ripple" 15,2% (0,3473 dollara qədər), "Bitcoin Cash" isə 10,32% (621,31 dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 230,27 milyard dollar təşkil edir və bunun 48,5% faizi bitkoinin payına düşür. (trend)

pia.az