"Qarabağ" - "Zirə" oyunu təxirə salındı

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” Peşəkar Futbol Liqasına müraciət edib
###reklam250###

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, “Qarabağ” III təsnifat mərhələsinin BATE ilə keçiriləcək cavab oyununa daha yaxşı hazırlaşmaq üçün Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün I turunda keçirilməli olan “Zirə” ilə görüşün təxirə salınmasını xahiş edib.

“Qarabağ”ın qitənin ən nüfuzlu klub turnirində çıxışını nəzərə alan Peşəkar Futbol Liqası I turun təqvimində dəyişiklik edib.

Topaz Premyer Liqasının I turunun “Qarabağ” – “Zirə” matçı 10 avqust tarixdən, 26 sentyabr tarixə keçirilib.

pia.az