BMW 323,7 min avtomobili geri çağırır

Alman avtomobil istehsalçısı BMW Avropada işlənmiş qazların ötürmə sistemində mümküni nasazlıq üzündən 323,7 min avtomobili geri çağırıb
###reklam250###

Trend-in "Frankfurter Allgemeine Zeitung" qəzetinə istinadən verdiyi məlumata əsasən, geri çağırma 3-6 seriyalı, həmçinin X3-X6 seriyalı modellərə aid olacaq. Şirkət sistemi yoxlamadan keçirəcək və ehtiyac olduqda sistemdə müəyyən dəyişikliklər edəcək.

pia.az