Stiven Siqal Rusiya XİN-də vəzifə aldı

Hollivud ulduzu Stiven Siqal Rusiya Xarici İşlər Nazirliyinin Rusiya ilə ABŞ arasında humanitar məsələlər üzrə xüsusi nümayəndəsi təyin edilib
###reklam250###

PİA.AZ Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə nazirliyin rəsmi "Facebook" səhifəsində yazılıb. Bildirilir ki, Siqal həmçinin, təmənnasız "ictimai-siyasi vəzifə"sini də yerinə yetirəcək.

Stiven Siqal açıqlamasında Moskva ilə Vaşinqton arasında münasibətlərin yaxşılaşması üçün əlindən gələni edəcəyini deyib.

Qeyd edək ki, Siqal 2016-cı il noyabrın 3-dən Rusiya vətəndaşlığını qəbul edib.

pia.az