Politoloq: "Anjiy Kaspişikin postu ləğv edilməlidir"

"Ermənistanın işğal etdiyi ərazilərdə Anjiy Kaspişikin görüş keçirməsi qəbuledilməzdir"
###reklam250###

"Terrorçu rejimlə görüşdüyünə görə məhkəməyə müraciət etmək fikrindəyəm".

Bu sözləri Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə Anjiy Kaspişikin Xankəndində Ermənistanın yaratdığı terrorçu rejimin başçısı Bako Saakayanla görüşünü şərh edərkən rəsmi "facebook" səhifəsində qeyd edib.

PİA.AZ həmin yazını oxucularına təqdim edir:

"ATƏT sədrinin şəxsi nümayəndəsi və 20 ildən artıq Qarabağ münaqişəsi ilə məşğul olan Anjiy Kaspişik Xankəndində Ermənistanın yaratdığı terrorçu rejimin başçısı Bako Saakayanla görüş keçirib. Qeyd edim ki, Anjiy Kaspişikin bu illər ərzində diplomatik fəaliyyəti heç də münaqişənin həllinə töhfə verməyib,onun işğal olunmuş ərazilərdə separtçı-terrorçu ünsülərlə görüşü separtizmə xidmət etməkdir.

20 il ərzində ATƏT nümayəndəsi Qarabağın Azərbaycan icması ilə görüş fəal görüşlər keçirmir, amma dəfələrlə terrorçularla görüşə xüsusi hazırlıqla gedir. Hesab edirəm ki, Qarabağ münaqişəsinin həllində Anjiy Kaspişikin postu ləğv edilməlidir. Onsuzda onun bu kimi fəaliyyəti, yalnız erməni işğalını və separatizmi legitimləşdirilməsinə xidmət edir.

Mən Anjiy Kaspişikə yazılı mürcaiət edib, Qarabağ konfliktinin həlli ilə bağlı heç bir səlahiyyəti olmayan Xankəndində teroroçu Bako Saakyanla görüşündən bir Azərbaycacn vətəndaşı kimi və münaqişə ilə bağlı prosesləri izləyən kimi izahat tələb edəcəm. Onun Bako Saakyanla görüşü nəyə xidmət edir? Əgər sorğuma cavab verməsə, mən ATƏT-in sədrinin nümayəndəsi olan Anjiy Kaspişiki terrorçu qurumun rəhbəri ilə görüşdüyünə görə məhkəmədə izahat istəyəcəm. Bu illər ərzində onun fəaliyyəti ciddi araşdırlmalı və Azərbaycan tərəfindən onun işğal olunmuş ərazilərə girişinə qadağa qoyulmalıdır.

Ümumiyyətlə, işğal faktoru Ermənistan tərəfidir, Kaspişik bu ölkənin baş naziri və prezidenti ilə görüşüb, münaqişənin Xankəndindəki terrorçular heç bir səlahiyyətə malik deyil. Ona görədə də Anjiy Kaspişikin terrorçularala görüşü qəbuledilməzdi. ATƏT nümayəndəsi yalnız terrorçu Bako Saakyanla görüşməklə, bu terrorçu və işğalçılara legitim yaratmaq istəyir və separatçı-terrorçuları tərəf kimi görür".

Gülşən ŞƏRİFpia.az