İki toxum emalı zavodu fəaliyyətə başlayacaq

2018-ci ildə Dövlət Toxum Fondunun iki toxum emalı müəassisəsi təhvil veriləcək
###reklam250###

Zavodların hər birinin emal gücü saatda beş ton olmaqla, 3 min ton saxlanc imkanına malikdirlər.

Bunu Dövlət Toxum Fondunun sədri Emin Əliyev bildirib.

O deyib ki, Xaçmazdakı emal zavodu hazırda tikilməkdədir. Şəkidə yerləşən zavodda isə quraşdırma işləri aparılır. Növbəti ay bu müəssisə təhvil veriləcək.

Gələcəkdə Bakı Toxum Birjasının yaradılacağını deyən E.Əliyev burada satışla bərabər, konsaltinq xidmətlərinin aparılacağını vurğulayıb:

“Bu xidmət toxum ticarətinin və adiyyəti xidmətlərin online bazarıdır. Birjanın yaradılmasında Türkiyənin təcrübəsindən geniş istifadə etməyi düşünürük”.

pia.az