Qarabağda hərbi qiyama çağırış edildi

Ermənistan müdafiə nazirinin keçmiş müavini, qondarma “dqr prezidentinin” müşaviri Artur Aqabekyan “Erməni Milli Hərəkatı”nın nümayəndəsi Zoya Tadevosyanın Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonların Azərbaycana qaytarılmalı olduğu barədə bəyanatına cavab olaraq əsgərləri küçələrə çıxmağa çağırıb
###reklam250###

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Aqabekyan Ermənistanda Azərbaycana torpaq qaytarmaq tərəfdarlarının son zamanlar “fəallaşmasına” cavab olaraq Dağlıq Qarabağ sakinlərini küçələrə çıxmağa səsləyən keçmiş səhra komandiri, “dqr prezidentinin” xüsusi tapşırıqlar üzrə nümayəndəsi Arşavir Qaramyana dəstək verib. O, keçmiş döyüş yoldaşlarına, əsgərlərə və zabitlərə çağırış edərək onları Arşavir Qaramyanın çağırışını dəstəkləməyə, küçələrə çıxıb iradə nümayiş etdirməyə və “təhlükəli proseslərə” münasibət bildirməyə səsləyib.

pia.az