Çempionlar Liqası: "Qarabağ" növbəti oyununa çıxır

Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçı çərçivəsində Albaniya təmsilçisi "Kukesi"ni qəbul edəcək
###reklam250###

"Qarabağ" "Kukesi" səddini keçəcəyi təqdirdə BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub olan komanda isə Avropa Liqasının III təsnifat mərhələsində “Torpedo” (Gürcüstan) – “Vikinqur” (Farer adaları) cütünün güclüsü ilə qarşılaşacaq.

Çempionlar Liqası

II təsnifat mərhələsi

Cavab oyunu

1 avqust

21:00. “Qarabağ” (Azərbaycan) – “Kukesi” (Albaniya)

Hakimlər: Peter Kraloviç, Miroslav Benko, Erik Vayss, Patrik Qrçka (hakimlər briqadası Slovakiyadandır)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

pia.az