Bitkoin cüzi ucuzlaşıb

Dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiyməti 8 min dollar ətrafında dəyişir

Hazırda bitkoin cüzi ucuzlaşıb.

"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 0,54% azalaraq 8,164 min dollar təşkil edib.

Alternativ kriptovalyutalar fərqli dinamika nümayiş etdirib. Belə ki, "Ethereum" 0,49% və ya 463,6 dollaradək, "Ripple" 0,02% (0,452 dollara qədər) ucuzlaşıb, "Bitcoin Cash" isə 0,04% (821,88 dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 295,36 milyard dollar təşkil edir və bunun 47,5% faizi bitkoinin payına düşür. (trend)

pia.az