“Kissincer Trampı Rusiya ilə əməkdaşlığa sövq edir” - ABŞ mətbuatı

“Gündən-günə möhkəmlənən Çini durdurmaq üçün Birləşmiş Ştatların Rusiya ilə əməkdaşlığa getməsini Trampa məsləhət görən fikir adamı Henri Kissincer olub”
###reklam250###

Bu iddia ABŞ-ın “The Daily Beast” saytında dərc olunan bir məqalədə yer alıb.

Sayt özünün 5 məlumatlı mənbəyinə istinadən vaxtilə (ötən əsrin 70-ci illərində) Çinlə yaxınlaşmaq sayəsində SSRİ-nin dünyadan təcrid olunmasına gətirib, çıxaran taktikanın müəllifinin indi də eyni ideyanı Çinin özünə qarşı həyat keçirmək istədiyini bildirir.

Bu strategiyaya əsasən ABŞ Rusiya və bölgənin digər ölkələri ilə qurulacaq sıx münasibətlərdən Çini “həlqə”yə alınması üçün istifadə etməlidir. Həmin mənbələrin bildirdiyinə görə, Kissincer bu ideyasını Donald Trampın kürəkəni və xarici siyasi məsələlər üzrə müşaviri Cared Kuşnerlə də paylaşıb.

##relatedPost##

“Lakin ABŞ prezidentinə daxili siyasi arenada xeyli başağrısı gətirən, Vladimir Putinə olan anlaşılmaz simpatiyası bu ideyanın gerçəkləşməsinə mane olur”, - məqalədə qeyd edilib.

Yazı müəlliflərinin fikrincə, Kissinceri əslində Çinin qatı düşməni adlandırmaq düzgün deyil. Hər kəsə onun Çin prezidenti Si Tzinpinlə birbaşa əlaqə kanalına malik olduğu məlumdur. Kissincerin özü Çinin “bir kəmər, bir yol” konsepsiyasını Asiya üçün müsbət həmlə sayır.

Eyni sözləri Kissincerin Rusiyaya münasibəti haqqında da demək olar. Keçmiş dövlət katibi Putinlə tam 17 dəfə görüşüb və Vaşinqtonla Moskvanın yaxınlaşmasının əsas tərəfdarı sayılır.

Müəlliflərin gəldikləri qənaətə görə, Kissincerin ümumi konsepsiyası Trampın Putinə olan rəğbətini izah etməyə də yarayır. Tramp administrasiyasının keçmiş əkməkdaşının söylədiyinə görə, prezidentin Helsinkidəki mövqeyi Niksonun vaxtilə Çinlə bağlı gedişinin əks tərəfidir.

“Rusiya və Çin bir-birlərinə çox yaxınlaşıblar. Avrasiyanın iki qüdrətli dövlətinin ittifaqı isə ABŞ üçün ölümcül kombinasiyadır”, - həmin mənbə söyləyib.

 

Lakin ABŞ-ın özündə isə bu cür optimist düşünənlər çox deyil. ABŞ senatorları hələ də prezidentin Rusiyaya bu qədər yaltaqlanmasının motivlərini anlamaqda çətinlik çəkirlər.

Hətta bir sıra qanunvericilərin fikrincə, Tramp Putinlə yaxınlığını Çinlə mübarizə pərdəsi altında gizləməyə çalışır. Hər bir halda “Center for the National Interest” təşkilatının eksperti Harri Kazianisin fikrincə, Tramp administrasiyası Çini ABŞ-ın milli təhlükəsizliyi üçün birinci dərəcəli təhdid olaraq gözdən keçirir. Buna rəğmən məqalə müəllifləri Kissincer tərəfindən təklif olunan strategiyanı geopolitik nöqteyi nəzərdən qeyri-real hesab edirlər.

“Doğrudur, Çin daha uzunmüddətli və miqyaslı strateji təhdid mənbəyidir. Lakin Rusiya bir çox sahələrdə özünün nüvə arsenalı, habelə Kremlin ABŞ əleyhinə davranışları sayəsində daha böyük və qısamüddətli təhlükə sayılır”, - deyə ABŞ müdafiə nazirinin keçmiş müavini Con Rud təhlükəsizlik üzrə Aspen forumunda söyləyib.

“Rusiyanın bizim demokratik institutlara hücumu, habelə özünü Ukrayna və Suriyada yalquzaq dövlət kimi aparmaqda davam etməsi Çinə qarşı ABŞ-Rusiya alyansının perspektivini heçə endirir. Lakin bilmək olmaz ki, hələ 7-10 ildən sonra nələr dəyişə bilər”, - deyə Harri Kazianis yazı müəlliflərinə söyləyib.(musavat.com)

pia.az