Müğənni müzakirələrə son qoydu: “Botoks kədərimi gizlədir”  

Müğənni Sibel Can üzünə botoks etdirməsi ilə bağlı yayılan iddialara aydınlıq gətirib
###reklam250###

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı ötən gün Harbiye Açıkhavada konsert verib. İfaçını övladları Emir və Engincan onu ön sıradan izləyib. Lakin qızı Melisa Ural obyektivlərə tuş gəlməmək üçün arxa sırada yer alıb.

Sibel Can ilk olaraq övladlarından danışıb: "Oğullarım və qızım şahzadədir. Gözəl uşaqlar dünyaya gətirmişəm. məni heç vaxt incitməyiblər”.

Can daha sonra üzünə botoks etdirməsi barədə yayılan xəbərlərdən bəhs edib: “And içirəm ki, albom üçün botoks etdirməmişəm. Ancaq bəzən çox az miqdarda üzümə gel vurdururam. Kədərli mahnı oxuyanda qaş-qabaqlı üz ifadəsi almaq istəmirəm. Ona görə bu addımı atıram. Botoks kədərimi gizlədir”.

Qeyd edək ki, “Yani aşkım” adlı albomu işıq üzü görən müğənninin yeni fotoları müzakirələrə səbəb olmuşdu. Ifaçının fotolarında fotoşopdan çox istifadə edilməsi üzünə botoks vurdurması xəbərlərinin yayılmasına səbəb olmuşdur.

pia.az