Mədinədə zəvvarları daşıyan avtobus yandı - Video

Səudiyyə Ərəbistanının Mədinə şəhərində Türkiyədən olan zəvvarları daşıyan avtobus qarşıdan gələn avtomobillə toqquşub
###reklam250###

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, qəza nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü ölüb.

Fırtına səbəbi ilə yolların qumla örtülməsinə görə qarşıdan gələn nəqliyyat vasitəsi yolu düzgün nizamlaya bilməyib və türk zəvvarların olduğu avtobusa çırpılıb.

Çırpılmanın şiddəti ilə qəzadan dərhal sonra hər iki nəqliyyat vasitəsi yanmağa başlayıb.

Qəzadan sonra qapıları açılan avtobusdan enən hacılar yanmaqdan xilas ola biliblər. Lakin deformasiyaya uğrayan nəqliyyat vasitələrinin sürücüləri sükan arxasından çıxarıla bilmədikləri üçün ölüblər.

Daha bir neçə nəfərin xəsarət aldığı bildirilir.

pia.az