Avropa Komissiyasının prezidenti Trampa qəbiristanlıq şəkli bağışladı

Avropa Komissiyasının lideri Jan-Klod Yunker Vaşinqtona səfəri zamanı ABŞ prezidenti Donald Trampa üzərində hərbi qəbiristanlığın əks olunduğu şəkil hədiyyə edib
###reklam250###

“The Washington Post” nəşrinin yazdığına görə, bununla bağlı o, danışıqlardan sonra məlumat verib.

Yunkerin sözlərinə görə, fotoda general Corc Pattonun dəfn olunduğu Luksenburqdakı nekropol əks olunub.

“Əziz Donald, gəl, birgə tariximizi yadımıza salaq”, - avropalı siyasətçi şəklin üzərində qeyd edib.

Xatırladaq ki, iyulun 25-də Brüssel ticarət müharibəsində Vaşinqtona güzəştə gedib. Trampla Yunker arasında baş tutan görüşün sonunda ABŞ-ın maye qazın Avropaya ixracının artırılması üzrə işə başlayacağı ilə bağlı razılığa gəlinib. Bundan başqa avropalılar sənaye tariflərini azaltmağa və ABŞ-dan daha çox kənd təsərrüfatı məhsulları idxal etməyə razılaşıblar.(oxu.az)

pia.az