Ailə qurmaq istəyən 69 nəfərdə İİV aşkarlandı - Rəsmi

Bu ilin birinci yarısında nikaha daxil olmaq istəyən 69 nəfərdə İİV virusu aşkarlanıb
###reklam250###

Bu barədə virtualaz.org-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Xəbərdə deyilir ki, 6 ayda İİV-ə yoluxma hallarının 11 faizi inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Ümumilikdə 306 nəfərdə virus aşkarlanıb, onlardan 298-i azərbaycanlı, 8-i isə əcnəbidir. Qeydiyyata alınmış 298 yerli sakinlərdən 193-i kişi, 105-i qadındır.

QİÇS mərhələsində olan 19 nəfər dünyasını dəyişib. Məlum olub ki, 11,1 faiz parenteral, 58,1 faiz heteroseksual, 6,7 faiz homoseksual kontakt nəticəsində, 0,7 faiz şaquli yolla virusa yoluxub. 23,5-in isə yoluxma yolu müəyyənləşdirilməkdədir.

pia.az