İsrail Suriya ərazisindən buraxılan iki raketi vurub

İsrailin şimalında mümkün raket atəşinə məruz qalma ilə bağlı həyəcan siqnalı verilib
###reklam250###

"Report" İsrail KİV-inə istinadən xəbər verir ki, Suriya tərəfdən iki raket buraxılışı qeydə alınıb.

İsrail ordusunun hava hücumundan müdafiə qüvvələri raketləri vurub.

Məlumatlara görə, raketlər Suriya ərazisindəki hərbi əməliyatlar çərçivəsində suriyalı hərbçilər tərəfindən buraxılıb. Raketlər vurulduqdan sonra Suriya ərazisinə düşüblər.

pia.az