“Doktor Qiyamət”dən proqnoz: “ABŞ batacaq, Rusiya və Türkiyə isə...”

Dünyada iqtisadi böhranları dəqiq təxmin etdiyi üçün “Doktor Qiyamət” ləqəbi ilə məşhurlaşan isveçrəli Mark Faber yaxınlaşmaqda olan təhlükədən xəbər verib
###reklam250###

“Gloom, BoomandDoom” (Parlama, Partlaşma və Çöküş) adlı proqnoz yayan Faber dünyada qlobal liderliyin dəyişəcəyini bildirib.

“Avropalılar asiyalılarla, asiyalılar da avropalılarla daha çox ticarət aparacaq və ABŞ-ı göməcəklər. ABŞ-ın iqtisadi gücü getdikcə zəifləyəcək, Çin və Hindistan qlobal liderliyi ələ alacaq. Digər qazanan tərəf isə Rusiya olacaq”, - deyə o iddia edib.

“Doktor Qiyamət” hesab edir ki, qlobal iqtisadi müharibəni başladan ABŞ son nəticədə məğlub olacaq: “Amerika ilə birlikdə iqtisadiyyatı pis olan Braziliya, Türkiyə və Argentina kimi ölkələr də itirən tərəf olacaqlar. 2008-ci ildən sonra gözlənilən qlobal böhran da bu ölkələrdən başlayacaq”.(publika.az)

pia.az