Ermənistan MN tələsik təkzib etdi: “Rusiya qoşunları Ermənistanda qalacaq”

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bu gün bəzi yerli KİV-lər tərəfindən rusiyalı sərhədçilərin ölkədə qalma şərtlərini tənzimləyən müqaviləyə yenidən baxılacağı ilə əlaqədar yayılan məlumatı təkzib edib

##relatedPost##

Daha öncə müdafiə naziri David Tonoyan Ermənistan ərazisində yerləşən Rusiya Federasiyası sərhəd qoşunlarının statusu haqqında müqaviləyə yenidən baxılması ehtimalının olduğunu bildirmişdi.

“Nazir Rusiyanın 102-ci hərbi bazasını nəzərdə tutub və müqaviləyə yenidən baxılması barədə deyil, digər razılaşmanın texniki maddələrinə əlavələr edilə biləcəyindən danışıb. Sərhəd qoşunları barədə, ümumiyyətlə, söhbət getməyib”, - Ovannisyan qeyd edib.(virtualaz.org)

pia.az