Bu gün “Qarabağ”ın potensial rəqibi bilinəcək

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq
###reklam250###

İsveçrənin Nyon şəhərindəki tədbirə 32 komanda qatılacaq.

Bakı vaxtı ilə saat 14:00-da başlayacaq püşkatma iki hissədən ibarət olacaq. 22 ölkənin ən yaxşısı Çempionlar yolu, liqalarında yüksək yer tutan 10 komanda Liqa yolunda rəqiblərini tanıyacaq. II təsnifat mərhələsi başlamadığından bu raundun cütləri də püşkdə mübarizəyə birbaşa qoşulan 8 klubla birgə iştirak edəcək.

Azərbaycan çempionu "Qarabağ" Çempionlar yolunda mübarizə aparır. Burada klublardan ikisi tək, digərləri 10 cüt kimi püşkatmada iştirak edəcək. II təsnifat mərhələsi başlamamışdan baş tutacaq püşkatmaya həmin raundun cütləri qatılacaq.

"Qarabağ"ın Albaniya "Kukesi"si ilə təşkil etdiyi cüt də mümkün rəqibini tanıyacaq. Bu cüt səpələnmişlər səbətində yer alacaq. "Qarabağ" və "Kukesi"yə 5 cüt və bir komanda, ümumilikdə 11 klub rəqib ola bilər.

Çempionlar Liqası - III təsnifat mərhələsi

Çempionlar yolu

Səpələnmişlər

"Zalsburq" (Avstriya)"Lüdoqorets" (Bolqarıstan) - "Videoton" (Macarıstan) cütünün qalibi"Seltik" (Şotlandiya) - "Rusenborq" (Norveç) cütünün qalibi"Legiya" (Polşa) - "Spartak" (Slovakiya) cütünün qalibi"Astana" (Qazaxıstan) - "Midtulland" (Danimarka) cütünün qalibi"Qarabağ" (Azərbaycan) - "Kukesi" (Albaniya) cütünün qalibi

##relatedPost##

Səpələnməmişlər

BATE (Belarus) - HİK (Finlandiya) cütünün qalibi"Dinamo" (Xorvatiya) - "Hapoel" (Beer-Şeva, İsrail) cütünün qalibi"Şerif" (Moldova) - "Şkendiya" (Makedoniya) cütünün qalibi"Malmö" (İsveç) - ÇFR (Rumıniya) cütünün qalibi"Srvena Zvezda" (Serbiya) - "Suduva" (Litva) cütünün qalibiAEK (Yunanıstan)

Liqa yolu

Səpələnmişlər

"Benfika" (Portuqaliya)PAOK (Yunanıstan) - "Bazel" (İsveçrə) cütünün qalibi"Dinamo" (Kiyev, Ukrayna)"Ayaks" (Hollandiya) - "Şturm" (Avstriya)

Səpələnməmişlər

"Fənərbağça" (Türkiyə)"Spartak" (Moskva, Rusiya)"Standard" (Belçika)"Slaviya" (Çexiya)

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları 7-8 avqustda, cavab qarşılaşmaları isə 14 avqustda keçiriləcək.(apasport.az)

pia.az