Pompeo İran hökumətini mafiya ilə müqayisə edib

ABŞ-ın dövlət katibi Mayk Pompeo İranı növbəti dəfə tənqid edib
###reklam250###

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Bildirilir ki, Pompeo İran rəhbərliyini korrupsiyada və insan haqlarını pozmaqda ittiham edib.

"Korrupsiyanın səviyyəsi və dini liderlərin var-dövləti göstərir ki, İrana adi hökumət yox, daha çox mafiyaya bənzəyənlər rəhbərlik edir", - deyə o, Kaliforniyadakı Ronald Reyqan Fonundakı çıxışında deyib.

Bildirilir ki, Pompeonun çıxışı İranda islam inqilabının 40-ci ildönümünə həsr olunub.

pia.az