Prezident İlham Əliyev misirli həmkarını təbrik edib

Prezident İlham Əliyev misirli həmkarı Əbdülfəttah əs-Sisini təbrik edib

PİA.AZ-ın AzərTAc-a istinadən məlumatına görə, təbrik məktubunda deyilir:“Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

###reklam250###

İnanıram ki, Azərbaycan ilə Misir arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və daha da möhkəmləndirilməsi yolunda səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

##relatedPost##Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Misir xalqına əmin-amanlıq və rifah arzulayıram”.

pia.az