Tramp Putinlə yeni görüşə hazırlaşır

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə növbəti görüşə hazırlaşdığını bildirib

PİA.az Trend-ə istinadən xəbər verir ki, amerikalı lider bunu yerli telekanalda, özünün "Twitter" səhifəsində Rusiya prezidenti ilə yeni görüşü səbirsizliklə gözləməsi fikirini şərh edərkən deyib: "Bəli, görüş hazırlanır".

Ağ Ev rəhbəri qeyd edib ki, Helsinkidə rusiyalı liderlə son görüş zamanı çox geniş məsələlər spektrini müzakirə ediblər.

pia.az