“Mən Azərbaycan prezidenti ilə danışıqlara hazıram, danışıqlar üçün material var...”

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlara hazır olduğu barədə bəyanat verib

Erməni KİV-ləri xəbər verir ki, Paşinyan bu haqda mətbuat konfransında deyib.

“Mən Azərbaycan prezidenti ilə danışıqlara hazıram. Danışıqlar üçün material var”-Nikol Paşinyan bildirib.

Ermənistan baş naziri əlavə edib ki, etimad mühiti olmalıdır və bunsuz münaqişəni həll etmək mümkün deyil.(Virtualaz.org)

pia.az