Çeçenistan FMX-nın sabiq rəisinin qızı İstanbulda saxlanıldı

Türkiyədə İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 5 nəfər saxlanılıb

Virtualaz.org-un yerli KİV-ə istinadən məlumatına görə, saxlanılanlar arasında Çeçenistan Federal Miqrasiya Xidmətinin sabiq rəhbəri Asu Dudurkayevin qızı da var.

Bildirilir ki, İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər iyulun 4-də İstanbulda saxlanılıblar.

Qeyd olunur ki, 2013-ci ilin noyabrında Çeçenistanın başçısı Ramzan Kadırov Dudurkayevi məhz onun qızının Suriyada terrorçularla əlaqədə olması səbəbindən vəzifəsindən azad etmişdi.

pia.az