Əfqanıstanda hava zərbələri nəticəsində 14 dinc sakin ölüb

Əfqanıstanın Gündüz şəhəri yaxınlığında taliblərin mövqelərinə endirilən hava zərbələri nəticəsində qadın və uşaqlar daxil olmaqla 14 dinc sakin həlak olub

PİA.az APA-ya istinadən bildirir ki, faktı təsdiqləyən Əfqanıstan müdafiə nazirliyinin nümayəndəsi Məhəmməd Rədvan bildirib ki, ölənlərin dəqiq sayı müəyyənləşdirilir.

Hava zərbələrinin Əfqanıstan və yaxud ABŞ aviasiyası tərəfindən endirildiyi hələ ki, məlum deyil. ABŞ hərbçiləri hadisədə onların təyyarələrinin iştirak etdiyinin heç bir əlaməti olmadığını bəyan ediblər.

pia.az