FIFA “Bayıl Arena”da beynəlxalq oyunların keçirilməsinə icazə verib

Bayıl stadionunda quraşdırılmış süni ot örtüyü FIFA tərəfindən “Quality Pro” sertifikatına layiq görülüb

“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, FIFA tərəfindən verilmiş bu keyfiyyət nişanı stadionda beynəlxalq oyunların keçirilməsinə imkan verir.

Qeyd edək ki, 2012-ci ildə istifadəyə verilən “Bayıl Arena”, ümumilikdə, 3200 nəfər azarkeş tutumuna malikdir.

pia.az