Tramp:"Məni ona görə tənqid edirlər ki..."

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Helsinkidə birgə mətbuat konfransından sonra onun ünvanına yönəlmiş tənqidlərin səbəbini açıqlayıb

ABŞ lideri bu barədə özünün “Twitter” səhifəsində yazıb.

D.Tramp bütün bu tənqidlərin onun V.Putinlə “yaxşı münasibəti” ilə bağlı olduğunu qeyd edib.

O yazıb: “Görüşümüz yaxşı keçdi. Çox məsələləri müzakirə etdik və bu, boks matçı görmək istəyən paxılları narahat etdi”.(trend)

pia.az