Tereza Mey təhdid etdi

Böyük Britaniyanın Baş naziri Tereza Mey hakim Mühafizəkarlar Partiyası daxilində onun "Brexit"dən sonra London və Brüssel arasında iqtisadi əlaqələrin inkişafı planı ilə razılaşmayanları növbədənkənar seçkilərlə təhdid edib

Bu barədə  TASS xəbər verir.

"The Times" qəzetinin yazdığına görə, T.Mey belə xəbərdarlıqla dünən axşam İcmalar Palatasında Stiven Hammond və Niki Morqan başda olmaqla, baş nazirin tənqidçilərinin təklif etdiyi ticarət haqqında qanun layihəsinə dəyişikliklərlə bağlı həlledici səsvermə öncəsi çıxış edib.

##relatedPost##

Bu həlledici addım nəticəsində aşağı palatanın deputatları altı səs çoxluqla düzəlişlərin tətbiqini rədd ediblər. Müvafiq qanunvericiliyin dəyişdirilməsinə qarşı 307 nəfər, lehinə isə 301 nəfər səs verib.

Xatırladaq ki, "Brexit" 2019-cu il martın 29-da baş tutacaq. Bundan sonra plana əsasən, 2020-ci il dekabrın 31-dək davam edəcək keçid dövrü başlamalıdır."report"

pia.az