Birgə yaşadığı qohumunu yumruqla öldürdü - Bakıda

İyulun 17-də saat 8 radələrində Pirallahı qəsəbəsində Mariya Qəhrəmanovanın meyitinin yaşadığı S.Bağırov küçəsi ev 14-də tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, araşdırmalarla həmin gün saat 6 radələrində M.Qəhrəmanova ilə birgə yaşayan qohumu, əvvəllər məhkum olunmuş Rəsul Hüseynov arasında münaqişə baş verdiyi və sonuncunun onun baş nahiyəsinə yumruqla vuraraq qətlə yetirməsi müəyyən edilib.Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Görülmüş tədbirlərlə R.Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.

pia.az