64 ilin ən dəhşətli fəlakəti: 511 ölü, 176 yaralı

Hindistanda bir aydır davam edən aramsız leysan yağışları nəticəsində ölənlərin sayı 511-ə çatıb

Haber7.com bildirir ki, Hindistan Mərkəzi Su Komissiyasının açıqlamasına görə, son bir ay ərzindəki aramsız leysan yağışları 511 nəfərin ölümünə, 176 şəxsin yaralanmasına səbəb olub. Bundan başqa, ölkənin 91 əyalət rayonunda 55 min ev tamamilə yararsız hala düşüb.Yayılan bəyanatda sel və daşqınlar nəticəsində 1 milyondan çox heyvanın tələf olduğu vurğulanır. Hindistan Mərkəzi Su Komissiyasının bəyanatında vətəndaşların son 64 ilin ən dəhşətli fəlakəti ilə üz-üzə qaldığı bildirilir.(lent.az)

pia.az