Leriklilər icra başçısının müavinini ifşa etdilər

Lerikin 3 kəndi – Şivlə, Biləvər və Geskön kəndlərinin sakinləri icra başçısı və ASC sədrindən şikayətçidir
Onlar dəfələrlə deyiblər ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov və Lerikin icra başçısı Rövşən Bağırov 3 kəndi susuz qoyur: “Bu su gedərsə, bizim bu kəndlərdən köçməkdən başqa əlacımız qalmayacaq”.Müraciəti imzalayan 40-dan çox sakin bildirib ki, icra başçısı və “Azərsu” sədri bu kəndlərin ərazisindən keçən “Şüpək” meşə massivindəki bulağın suyunu qonşu Şingədulan kəndinə aparmaq qərarına gəliblər: “Şingədulan kəndinin ərazisində bir neçə su hövzəsi var. Bir neçə dəfə icra başçısın yanında olduq, xahiş etdik, nəticəsi olmadı”.Sakinlər bu problemlə bağlı bir neçə dəfə prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevə, Milli Məclisin sədri Oqtay Əsədova, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyevə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynova, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, deputat İqbal Məmmədova müraciət ediblər. “Su dövlətindir, kimə istəsə satar”İyunun 27-də isə Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov mediaya açıqlamasında kəndliləri həqiqətəuyğun olmayan məlumatlar yaymaqda suçlayıb:“Birincisi, o su Şivlə və Biləvər kəndlərinə aid deyil, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus meşə ərazisindədir. Sözügedən kəndlərin heç biri o sudan istifadə etmir. İkincisi, Lerikin bir neçə kəndinin su təchizatını yaxşılaşdırmaq üçün cənab prezident tərəfindən 9 aprel tarixdə sərəncam imzalandı. 1 milyon manat vəsait ayrılıb. Bununla da bağlı “Azərsu”dan və Layihə İnstitutundan adamlar gəlib. Bir neçə mənbədən su seçiblər, Şərətük və Alaşa çaylarına, o cümlədən də Şivlədən keçən çaya baxış keçiriblər. İndi hansı uyğun olsa, oradan su götürüləcək. 7 kəndin su ilə təmin edilməsi nəzərdə tutulub. O çaydan bir ədəd 50-lik boru ilə su çəkmək nəzərdə tutulub. İkincisi də, su dövlətindir, kimə istəsə satar. Burada nə qəbahət var? Dövlətin ərazisindəki yeraltı və yerüstü sərvətlər dövlətə məxsusdur”.H.Məlikov onu da deyib ki, bu işlə bağlı sakinləri hədələməyib: “Mən mövqeyimi demişəm, yenə də deyirəm. Reallıq budur. Sakinlərə də demişəm ki, bununla bağlı şikayət etmək lazım deyil”.“Habil Məlikov yalançıdır, rüşvətxordur, korrupsionerdir”Lerik rayonunun Şivlə, Biləvər və Geskön kəndlərinin sakinləri rayon icra başçısının müavini Habil Məlikova cavab veriblər.Onlar icra başçısının müavinini rüşvətxorluqda, korrupsiyada və yalan danışmaqda ittiham ediblər.Sakinlər Habil Məlikovu yalan danışmaqda ittiham edərək, onun korrupsioner əməllərinə görə, məsuliyyətə cəlb olunmasını tələb ediblər:“Birincisi, Habil Məlikov yalan danışır. Şivlə, Biləvər və Geskön kəndləri o sudan qidalanır. Bütün təsərrüfat sahələrimiz, mal-qaramız, 20 hektardan çox meşə massivi o suyun hesabına yaşayır. Habil Məlikov bu suyu öz yaşadığı Kürdəsər kəndinə aparmaq üçün bütün qanunsuz əməlləri edir. Bu şəxs uzun illərdir ki, rayonda mühüm vəzifədə çalışır və qanunsuz əməlləri ilə tanınır. Nə qədər insanın haqqını yeyib. Rayon Fövqəladə hallar komissiyasının sədri kimi evi dağılan, yanan, başına min qəza-qədər gələn insanların haqqı var o adamın boynunda. Bundan utanc hissi duymaq əvəzinə qanundan danışır. Qanun onun üçün rüşvət və korrupsiyadan başqa bir şey deyil… “Su dövlətindirsə, biz kimik?”İkincisi, su dövlətindirsə, biz kimik? Biz bu ölkənin insanı deyilik? Habil Məlikov verdiyi açıqlamanın məsuliyyətini dərk edirmi? Bizi təhdid edən bu məsuliyyətsiz məmur, doğrudanmı, vəzifəsinin məsuliyyətini və qanunların mahiyyətini anlamır? Biz suyumuzu Kürdəsərə verib özümüz qırılmalıyıq? Niyə əlavə üç mənbə olduğu halda, bizi susuz qırmaq istəyirlər? Şingədulan kəndində üç bulaq və iki artezan var. Amma bizim kənddə bir bulaq belə yoxdur. Biz yalnız o kiçik çeşmədən qidalanırıq. Habil Məlikov yalanları ilə cəmiyyətə nəyi sırımağa çalışır? “Abadlıq ad altında milyonlar yeyilib”Üçüncüsü, Prezident İlham Əliyev aprelin 6-da Lerik şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Lerik şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin 1 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.Biz bunu alqışlayırıq, amma Habil Məlikov Lerik şəhərinin kanalizasiya xətlərindən xəbərsizdirmi? Ümumiyyətlə, şəhərdə kanalizasiya xətləri deyilən bir anlayış varmı? Niyə təmir olunmur? Niyə prezidentin ayırdığı vəsaiti təyinatı üzrə xərclənmir? Çünki abadlıq ad altında milyonlar yeyilib, indi başqa yeyinti mənbəyi lazımdır onlara… Yoxsa, bu pulu 4-5 kim-lik rezin boru (şlanq) ilə və bizim bulağı aparmaqla “yumaq” istəyirlər? 17 milyonluq yol artıq yoxdur, 1 il çəkmədi dağıldı. Bunun hesabatını veribmi Habil Məlikov?“İcra hakimiyyəti ifşa olundu”Bəs deyirdilər Alaşar çayında su yoxdur? Bu Şingədulana apardıqları su nədir bəs? Niyə yalan danışırlar? İfşa olunacaqlarını bilmirlərmi? Budur onların ifşa olunmasının sübutu: indi təqdim edəcəyimiz şəkillər Şingədulan kəndinin Alaşar çayından çəkdiyi sudur.Sorus kəndi də bizim kənddən su çəkib. Başqa nə istəyirlər? Nədir bu məmurları bu yola vadar edən? Qorxmaz Hüseynovla Rövşən Bağırovun məqdədi nədir: Habil Məlikovun kəndinə su çəkiləcək deyə 3 kəndi susuz qırmaq? Biz susmayacağıq. Ölkə başçısı ilə görüşməyə nail olacaq, bu işi belə qoymayacağıq.Biz, Lerikin Şivlə, Biləvər və Geskön kəndlərinin sakinləri bu işdə məhz prezident İlham Əliyevdən kömək istəyirik və ümid edirik ki, müraciətimiz nəticə verəcək.Hörmətlə, Şivlə, Biləvər və Geskon kənd əhalisi /Şəxsiyyət vəsiqələrimizin nömrələrini də qeyd etməklə…1.Əliyev Ağaxan Fətəli AZE 021956152.Ağayev İslam Ocaqəli AZE 021956793.Ağayev Şirvan Ocaqəli AZE 038990304.Əliyev Hüseynbaba Abdin AZE 084500755.Rüstəmov Kamal Babiş AZE 021958456.Rüstəmov Cəbrayıl Babiş AZE 146788867.Həsənov Mirzəbaba Təriş AZE 021956198.Məmmədov Salman Allahverdi AZE 021955999.Fətullayev Alışan PİŞAN AZE 1562154010.Əliyev Mahir Paşa AZE 0946073211.Ağayev Mirzəli Atamalı AZE 0946177312.Hüseynov Cəfər ƏLİ AZE 1589971513.Hüseynov Əvsər Əli AZE 0451790714.Kərimov Babaxan Hidi AZE 0643478915.Kərimov Alim Alihəsən AZE 0235506816.Əliyev Surət ABDİN AZE0219568917.Əliyev Gülbaba Abdin AZE 0235434518.Yoldaşov Allahyar Polad AZE 0844925019.Yoldaşov Əligüşad Nurməmməd AZE 0691123620.Yoldaşov Buludxan Polad AZE 0389695821.Məmmədov Vasif Güləli AZE 0389562422.Azadov İbrət Şəvəqət AZE 0499457523.Azadov Ağababa Polad AZE 0389903424.Ağayev Qədiməli MahmudəliAZE 0844805225Ağayeva Zərifə Mürsəl AZE 0219561426.Əliyev Rafiq Ağaxan AZE27.Əliyev Mirzəli Şami AZE 0807259128.Şahmarov Emin Qaraxan AZE0389892229.Azadov Bəfadar Söhbət AZE 0932428930.Zamanov Zəfər Böyükxan AZE0807375331.Nağıyev Həmdulla Nəhmət AZE 0583225732.Zamanov Elman Böyükxan AZE 1342730033.İmanov Hafiz Rəzzaq AZE 0490364334.Azadov Meybulla Həbulla AZE 0807312535.Azadov Fərzulla Xeyrulla AZE 0752688936.Məmmədov Naib Əyyub AZE 0219561737.Rüstəmov Cabir Mürsəl AZE 0576882938.Ağayev Arazxan Burhan AZE 1667486339.Zamanov Zamanxan BöyükxanAZE0932441040.Azadov Mehman Ağababa AZE 1342785341Azadov Bəhruz İbrət AZE 0752437842.İmanov İsrafil Təhməz AZE 1467867743.Teymurov Arzuman Xudaş AZE 0389890944.Talıbov Bəybala İsmi AZE 04519663345.Bayramov Babalı Mirzəhüseyn AZE 1562134846.Əliyev Baladdin Paşa AZE 0389896347.Əliyev Elman Sənham AZE 0844816548.Əliyev Malik Sənham AZE1561893349.Əkbərov Şali Ağayar AZE 03898960″.(AzEuroNews.com)pia.az