“Liverpul” “Yuventus”a rəqib olur

Hələ də qapıçı problemini həll edə bilməyən İngiltərənin "Liverpul" klubu "Barselona"ya təklif göndərməyə hazırlaşır
PİA.AZ komanda.az-a istinadən xəbər verir ki, Loris Kariusu birinci qapıçı olaraq istəməyən Mersisayd təmsilçisi "Barsa"nın holland qolkiperi Kasper Silesseni transfer etmək üçün hazırlaşır.29 yaşlı Silessenin xidmətində "Yuventus"un da maraqlı olduğu deyilir. Turin klubunun qapıçıya görə 40 milyon avro təklif edəcəyi gözlənilir.pia.az