Bilik Fondunun Himayəçilik Şurası üzvləri dəyişdirildi

Prezident İlham Əliyev Bilik Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb
PİA.AZ AzərTAc-a istinadən xəbər verir ki, aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü təyin ediliblər:Həsənov Əli Məhəmmədəli oğlu - Azərbaycan Respublikası Prezidentinin  İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə  müdiriBayramov Ceyhun Əziz oğlu - Azərbaycan Respublikasının təhsil naziriQarayev Əbülfəs Mürsəl oğlu - Azərbaycan Respublikasının  mədəniyyət naziriRəhimov Azad Arif oğlu - Azərbaycan Respublikasının gənclər və idman naziriHüseynova Hicran Kamran qızı - Azərbaycan Respublikasının  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədriQurbanlı Mübariz Qəhrəman oğlu - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədriAmaşov Əflatun Əhməd oğlu - Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı.pia.az