Abituriyentlərə “Qarabağ”ın oyununa pulsuz bilet paylanacaq

"Qarabağ" futbol klubu abituriyentləri Çempionlar Liqasının oyununa dəvət edir
PİA.AZ Trend-ə istinadən xəbər verir ki, iyulun 18-də 2018/2019-cu tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirak edəcək abituriyenlər imtahana buraxılış və şəxsiyyət vəsiqəsi ilə iyulun 16-sı saat 17:00-dan etibarən Gənclik Mall-da yerləşən "iticket" kassalarına yaxınlaşaraq "Qarabağ" - "Olimpiya" matçına pulsuz bilet əldə edə bilərlər.Ağdam təmsilçisi bununla abituriyentlərin stadionda "Qarabağ"a dəstək verərək imtahan stressini atmağına şərait yaradır.Xatırladaq ki, Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ" - "Olimpiya" (Sloveniya) matçı iyulun 18-i saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. İlk qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.pia.az