Məşhur rejissorun itmiş ssenarisi tapıldı

Stenli Kubrikin itmiş ssenarisi üzə çıxıb
  Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbər görə, məşhur rejissorun ssenarisini illər sonra bir universitet professoru tapıb.   Professor Abrams hesab edir ki, bu ssenari məşhur alman yazıçı Stefan Svayqın “Sirr” hekayəsi əsasında yazılıb. Abrams 100 səhifəlik ssenarinin üzərindən 60 il keçdiyini iddia edir.     “Bu əməlli-başlı ssenaridir, əvvəli və sonu var. Müasir kinomatoqrafçılar üçün materialdır. Bu ssenarini ekranlaşdırmaq olar” – daha sonra professor bunları söyləyib.   pia.az