Şirvanda 18 yaşlı oğlan itkin düşüb

Şirvanda 18 yaşlı oğlan 2 gün əvvəl evdən çıxıb və geri qayıtmayıb
2000-ci il təvəllüdlü Nağıyev Orxan Məmmədsadıq oğlu iyulun 14-də 14.30 radələrində velosipedlə evdən çıxaraq bir daha geri qayıtmayıb. Onun sonuncu dəfə 4-cü sinif şagirdi olan qardaşı ilə mübahisə etdiyi bildirlir.Boyu təxminən 172  santimetr olan Orxan Nağıyev evdən çıxarkən əynində  cins şalvar, boz idman köynəyi və başında idman papağı olub. O. Nağıyev Şirvan Polis Şöbəsi tərəfindən itkin kimi qeydiyyata alınıb və barəsində axtarış elan olunub. Onu görən şəxslərdən Şirvan şəhər Polis Şöbəsinin 02121 5 14 50, 055 (050) 671 09 99  telefon nömrələrinə və Daxili İşlər Nazirliyinin 102  qaynar xəttinə zəng edərək məlumat vermələri xahiş olunur.(APA)pia.az