Fransa milli komandası futbol üzrə dünya çempoionudur

Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının qalibi Fransa komandası olub
Oyunda hesabı Fransa yığması açıb. Matçın 18-cı dəqiqəsində xorvat Mancukiç avtoqola imza atıb.Hesabda geri düşən Xorvatiya yığması  10 dəqiqə sonra, 28-ci dəqiqədə hesabı bərabərləşdirib. Bu dəfə Perşiç fərqlənib.38-ci dəqiqədə fransızlar yenə hesabda önə keçiblər. Bu dəfə Qrizman 11 penaltini dəqiqliklə yerinə yetirib.Fasiləyə Fransa yığması 2-1 hesabla qalib yollanıb.Matçın ikinci hissəsində, 59-cu dəqiqədə Poqba hesab fərqini ikiyə qaldırıb. 65-ci dəqiqədə fransızlar Mbappenin qolu ilə hesabı 4-1 ediblər. 69-cu dəqiqədə Xorvatlar hesab fərqini 2 topa endiriblər. Bu dəfə Mancukiç fərqlənib.    Hakim matçın sonuna 5 dəq əlavə edib. Lakin bu vaxt ərzində heç bir qol olmayıb. Beləlik Fransa 20 il sonra yenidən dünya çempionu titulunu qazanıb.pia.az