Azərbaycandan Rusiyaya bitki yükləri buraxılmadı

Azərbaycandan Rusiyaya palma, qızıl gül və digər dekorativ bitkilər aparan iki yük maşının Rusiya ərazisinə daxil olmasına icazə verilməyib
Azərbaycanlı sahibkara məxsus yüklərin fitosanitar sənədləri olmayıb. Buna görə də 150 palma, 100 qızıl gül və 389 digər dekorativ bitki Rusiya bazarına buraxılmayıb. Bitki karantini barədə qanunvericiliyi pozduğu üçün azərbaycanlı sahibkar inzibati məsuliyyətə cəlb olunub. (APA)pia.az