Çin sənaye parkında partlayış baş verib - 19 ölü, 12 yaralı

Yerli mətbuatın verdiyi məlumata görə, Çinin cənubi-qərbində yerləşən Siçuan əyalətindəki sənaye parkında partlayış nəticəsində 19 nəfər həlak olub, 12 nəfər yaralanıb
PİA.AZ Trend-ə istinadən bildirir ki, hadisə cümə axşamı günü yerli vaxtla saat 18:30-da Tsyanan bölgəsinin İbin şəhərində sənaye parkı ərazisində meydana gəldi.Ən son məlumata əsasən hadisə nəticəsində 19 nəfər həlak olub, 12 nəfər yaralanıb. Hadisə yerində yerli hakimiyyət orqanlarının nümayəndələri gəlib,Hadisənin detalları və baş vermə səbəbləri araşdırılır.pia.az