TPAO Türkiyənin 5 vilayətində neft axtaracaq

“Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti Türkiyənin 5 vilayətində neft axtaracaq
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin Neft İşləri İdarəsinin “Resmi Gazete”də yer alan məlumatında deyilir. Bildirilir ki, TPAO-ya Diyarbəkir, Adıyaman, Tekirdağ, Kırklareli ve Hakkaridəki ümumilikdə 6 ərazidə neft axtarışı üçün 5 il müddətinə lisenziya verilib.Qeyd edək ki, TPAO-nun xaricdəki istehsal fəaliyyətlərində 77 faizlə ilk yeri Azərbaycandakı layihələri tutur. TPAO “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrində 19 faizlik, Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsində 6,8 faizlik, “BTC Ko.”da isə 6,53 faizlik paya sahibdir.pia.az