Gəncədə qiyamçı bıçaqla polisin düz ürəyindən vurdu - Video

"Dünən axşam saat 9-a işləmiş qardaşım Gəncə şəhər İcra Hakimiyyətinin qarşısında yerləşən meydanda olub. Bu zaman 60-70 nəfərə yaxın gənc ora çıxıb. Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyevə hücum edilib. Qardaşım onu xilas edərkən qətlə yetirilib”
Bunu ötən gün Gəncə şəhərində şəhid olan Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovun qardaşı, Gəncə İmamzadə ziyarətgahının mütəvəllisi, Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov deyib.Onun sözlərinə görə, qardaşı düz ürəyinə vurulan bıçaq zərbəsindən ölüb.T.Abbasov qeyd edib ki, həmin adamlar gələndə bunlar özü də çaşqın vəziyyətdə olublar ki, əllərində bıçaq, dəyənək, lom olan gənclər haradan çıxdı: “Gəncədə elə bir xarakter yoxdur ki, günahsız insanı belə amansızcasına qətlə yetirəsən. Bu, xüsusi təşkil olunmuşdu. Ermənistana sığınan adamlar var ki, internet üzərindən çağırışlar edirdilər. Burada məqsəd ara qatmaq və asayişi pozmaq idi... Qardaşım iş başında şəhid olub".(virtualaz.org)

pia.az