Xəyanət etdiyi deyilən futbolçudan açıqlama

Ötən gün xəyanət xəbərləri ilə gündəmə gələn futbolçu Hakan Çalhanoğlu açıqlama verib
Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, Hakan bu barədə sosial media hesabında paylaşım edib. Bir müddətdir ailə quran futbolçu başqa xanımla yayılan şəkilləri ilə bağlı bu sözləri yazıb:“Hər gördüyünə və eşitdiyinə inanma. Duz belə şəkər kimi görünür”.Qeyd edək ki, Hakanın həyat yoldaşı ilə boşanacağı deyilir. pia.az