Kanalda batdığı deyilən qadını polis də axtarır

Xaçmaz rayonunun Padar kənd sakini, 67 yaşlı Aypəri Şıxvəliyeva iyulun 8-də axşam saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, A.Şıxvəliyevanın əlamətləri belədir: Boyu 155-165 sm., dolu bədən quruluşlu, yumru sifətli, gözlərinin rəngi qəhvəyidir. Aypəri Şıxvəliyeva yaddaş zəifliyindən əziyyət çəkir. Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinə, 023-325-53-56 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.Qeyd edək ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonu, Padar kəndi, Xanarx kanalında 1951-ci il təvəllüdlü Şıxvəliyeva Aypəri Qubad qızının batması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.pia.az