Erməni qaçaqmalçılar Polşada məhkəmə qarşısına çıxarıldı

Polşada siqaret qaçaqmalçılığı ilə məşğul olan dəstənin üzvləri hakim qarşısına çıxarılıb
“Gazeta Wyborcza” nəşri xəbər verir ki, müttəhimlər kürsüsündə 18 nəfər Ermənistan və Polşa vətəndaşları olub.“Onlar qaçaqmalçılıqla yanaşı, vergidən yayınmada ittiham olunurlar”, - Katovitse şəhərinin prokurorluğunun nümayəndəsi Marta Zavada-Dıbek bildirib.Məlumatlara görə, dəstəyə 38 yaşlı erməni rəhbərlik edib. Onlar 2016-cı ildən Çexiya və Slovakiya sərhədlərində fəaliyyət göstəriblər. Gətirilən mallar yerli bazarda, bir hissəsi isə Fransada satılıb.Bunun nəticəsində Polşa büdcəsinə 3 milyon dollar zərər dəyib.Dəstənin bir çox üzvləri öz əməllərini etiraf ediblər.pia.az