Sankt-Peterburqda azərbaycanlı kişi çayda batıb

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb
APA-nın “Konkretno.ru” saytına istinadən verdiyi xəbərə görə, 60 yaşlı azərbaycanlı şəhərin Yesenin parkında yerləşən Okkervil çayında batıb. Adı açıqlanmayan şəxs çaydan çıxarılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. İlkin ekspertizanın nəticələrinə əsasən meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb. Şəhərin istintaq komitəsi tərəfindən araşdırma aparılır. pia.az