“Toyota” 77 yaşlı kişini vurdu

Şirvanda avtomobil piyadanı vurub
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qadın sürücünün idarə etdiyi "Toyota" markalı avtomobil Şirvan şəhər sakini, 1941-ci il təvəllüdlü Hüseynov Bahəddin Əbülfəz oğlunu vurub.Müxtəlif dərəcəli xəsarətlər alan piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır.pia.az