Trampın “qılıncı” - ABŞ prezidenti “tvitter” vasitəsilə necə müharibə aparır

“Tvitter” ABŞ prezidenti üçün artıq uzun müddətdir ki, əsas siyasi bəyanlarını və görüşlərini bildirdiyi ən vacib platformaya çevrilib
Musavat.com xarici mediaya istinadən ABŞ-ın dövlət başçısının mikroblogunun necə milli və beynəlxalq gündəliyi formalaşdıran siyasi alətə döndüyünü oxuculara çatdırır.Onu da qeyd edək ki, Donald Tramp tvitter akkauntunu 2009-cu ildə açıb. Həmin vaxtdan bu yana onun 38 mindən çox “tvit”i (mesajı) yayımlanıb. Hazırda ABŞ prezidentini “tvitter”də 53,2 milyon insan izləyir. Tramp özü isə cəmi 47 adamı “follow”, yəni izləməklə işarələyib. Bunlar əsasən ailə yaxınları, üzv olduğu qolf klubunun üzvləri, prezidentin sevimli xəbər kanalı “Fox News”un jurnalistləridir. Abunəçilərinin sayına görə Tramp öz rəqiblərini, məsələn Hillari Klintonu (23,2 milyon) xeyli qabaqlayır. Müqayisə üçün deyək ki, Fransa prezidenti Emmanuel Makronun 3,1 milyon, Böyük Britaniya baş naziri Tereza Meyin 567 min, Almaniyanın kansleri Angela Merkelin isə cəmi 37,5 min izləyicisi var.Tramp bu məsələdə yalnız keçmiş prezident Barak Obamaya paxıllıq edə bilər. Obamanı tvitterdə tam 103 milyon adam izləyir.Donald Tramp “tvitter”i necə “partladır”Donald Trampın özünü bəlkə ən azad hiss etdiyi yer sosial şəbəkədir. Burada o, düşüncələrini sərbəst yazaraq bir anda dünya gündəmini sarsıtmağı bacarır.Keçən ilin payızında Trampın Şimali Koreya və onun lideri Kim Çen In haqqında yazdıqları az qala dünyanı nüvə savaşının astanasına gətirmişdi. Hətta Konqresdə prezidentin əlindən “nüvə düyməsi”nin alınması barədə təkliflər səslənmişdi. Belə ki, Ağ Evin rəhbəri burada Şimali Koreyanı tamamilə yox edəcəyi ilə hədələməkdən çəkinməmişdi. “Şimali Koreya lideri Kim Çen In nüvə düyməsinin həmişə masasının üzərində olduğunu deyir. Bəlkə onun aclıq və səfalət içində olan rejimindən kimsə ona desin ki, mənim nüvə düyməm daha güclüdür...”, - Tramp mesajında deyib. Donald Tramp Rusiya ilə də tvitterdə eyni tonda danışmağa cəhd eləyib.“Rusiya Suriyaya tuşlanan bütün raketləri vuracağını bəyan edir. Hazırlaş Rusiya, çünki daha ağıllı, yeni və əla raketlər gələcək. Siz öz vətəndaşlarını öldürüb bundan həzz alan heyvanla (Bəşər Əsəd-red,) tərəfdaşlıq etməməlisiniz”, - Tramp bu ilin martın 1-də belə bir mətn yayımlayıb. Ümumiyyətlə prezident olduqdan sonra Ağ Ev rəhbərinin Rusiya haqqında 186 status yazdığı bilinir.“Feyk xəbərlər”Trampın “tvitter”də müharibə apardığı qurumların başında şübhəsiz ki, ABŞ-ın ona müxalif sayılan media qurumları gəlir. Trampın ən çox tənqid etdiyi KİV-lər içində “CNN”, “ABC news” kanalları, NYT, “Washington Post” qəzetləri, “Politico” saytının adlarını çəkmək olar.“CNN, NBC, CBS və ABC?, üstəlik “New York Times” və “Washington Post”. Bunların hamısı feyk (yalan) xəbərlərdir”, - Tramp bu sözləri az qalan 200-dən çox statusunda təkrarlayıb.Məqsəd nədir?Trampın tvitləri bəzən o qədər qeyri-ardıcıl və absurd görünür ki, bu da onun ağlına nə gəlirsə yazdığı təsəvvürünü oyadır. Lakin bir sıra ekspertlərin fikrincə, bu cür mesajlar yayımlamaqla ABŞ prezidentinin həmişə konkret hədəf güddyü qənaətindədirlər.Kaliforniya universitetinin professoru və “Fil haqqında düşünmə” kitabının müəllifi Corc Lakoff hətta Donald Trampın əsas tvitərinin sxemini tərtib edib.“Tramp xəbər axınını nəzarətdə saxlamaqdan ötrü sosial şəbəkələrdən silah kimi istifadə edir. Bu əsl magiya kimi işləyir. Onun tvitləri məzmundan çox taktiki maraq kəsb edir”,- Lakoff bu ilin yanvar ayında yazıb.Lakoffun fikrincə, ABŞ prezidentinin tvitləri 4 hədəfi özündə birləşdirir: ideyanın formalaşdırılması, real problemlərdən diqqətin yayındırılması, ictimaiyyətin etimadını pozmaq məqsədilə opponentlərə (o cümlədən mətbuata) hücum, nəhayət cəmiyyətin bu və ya digər idyeya reaksiyasının öyrənilməsi...Lakin son arşaıdımalar prezidentin “tvitter”dəki fəaliyyətin amerikalılar tərəfindən heç də bəyənilmədiyini göstərib. “Politico” saytının “Morning Consult” şirkəti ilə birlikdə apardığı sorğuda əhalinin 90%-nin Trampın “tvitter”də aktivliyinin həddini aşdığını və bunun ABŞ-ın dünyadakı nüfuzuna zərbə vurduğunu düşündüyünü göstərib.Respondentlərin 62%-i dövlət başçısının tvitterdəki statuslarına olduqca mənfi reaksiya nümayiş etdirib.pia.az