Düzgün qidalanma haqda maarifləndirmə işi aparılır

“Yeniyetmə və gənclər arasında düzgün qidalanmanın təbliği məqsədilə maarifləndirmə işlərinin aparılması” layihəsi “Azərbaycan Gənclər İttifaqı” İctimai Birliyi tərəfindən bu ilin may ayından etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşərək həyata keçirilməyə başlayıb
Layihənin məqsədi yeniyetmə və gənclər arasında qidalanmasının vəziyyətinin müşahidə etməklə,  sağlam qidalanmanın vacibliyi haqqında şagirdlər, tələbələr, müəllimlər və valideynlərin maarifləndirmə və məlumatlandırmanın təşkil edilməsidir.Ötən ay və bu ayın əvvəli mövzü üzrə seçilmiş qruplarla təlimlər təşkil olundu. Təlimlər ümumən 4 qrup üçün keçirildi. Təlimlər zamanı iştirakçılar arasında interraktiv metodlardan istifadə edilməklə “Düzgün qidalanma haqqında məlumat”, “Düzgün qidalanmanın əsas üstünlükləri”, “Düzgün qidalanma üzrə tətbiq edilən mexanizmlər”, “Sağlam qidanın vacibliyi”, “Düzgün qidalanma “piramidası” barədə”, “Fast-fudların ziyanı”, “GMO nədir və onların insan orqanizminə təsiri” mövzuları barədə informasiya verilir.İcra olunan layihə çərçivəsində daha geniş auditoriyanın diqqətini layihədə qaldırılan məsələyə cəlb olunmasından ötür təlimlər zamanı daha fəal olmuş gənclər arasından iyul ayının ikinci yarısı xüsusi anket və şifahi sorğu vasitəsi ilə müəyyənləşəcək və onlardan ibarət ayrıca qruplar formalaşacaq. Formalaşan qruplar geniş əhali kütləsi arasında maarifləndirici aksiyaların keçirilməsi və bu aksiyalarda şəhər sakinlərinə maarifləndirmə və məlumat xarakterli flayerlərin paylanmasını həyata keçirəcəklər.Sözügedən layihə 3 ay müddətində Bakı şəhəri ərazisində yerləşən müxtəlif təhsil müəssisələrindəki tələbə və şagirdləri arasında həyata keçirilir. Layihə bu ilin avqustun əvvəli  yekunlaşacaq.pia.az